Zaniolo “Roma”da qaldı
10.08.2022 - 23:21
Zaniolo “Roma”da qaldı

Nikolo Zaniolonun “Tottenhem”ə keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi “Roma” karyerasına davam edəcək.

A seriyası təmsilçisi futbolçunu buraxmaqdan imtina edib. İngiltərəlilər Zaniolonu sonradan 23 milyon avroya almaq hüququ ilə icarəyə götürməyi planlaşdırırdı. Amma “Roma” bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Nikolo 2018-ci ilin yayından şərəfini qoruduğu “Roma”da 111 oyuna 22 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0