Zidan İspaniyaya qayıda bilər
30.03.2024 - 14:19
Zidan İspaniyaya qayıda bilər

Zinəddin Zidan İspaniyaya qayıda bilər.

Apasport.az "Relevo" nəşrinə istinadla xəbər verir ki, "Real Madrid" keçmiş mentorunun xidmətlərində maraqlıdır.

“Kral” klubunun rəhbərliyi Karlo Ançelottinin yerinə əsas namizəd hesab edilən Xabi Alonsoya alternativ kimi “Zizu”nun namizədliyini nəzərdən keçirir.

İspanı dəvət etmək alınmasa, "Los Blankos" fransalı mütəxəssisə təklif verəcək.

Qeyd edək ki, Zidan artıq 2 dəfə "Real Madrid"i çalışdırıb və komanda ilə ardıcıl 3 Çempionlar Liqasının qalibi olub. 2021-ci ildə klubdan ayrıldıqdan sonra Zinəddin heç bir komandanı idarə etməyib.

 

writer photo
Əlirza Əlirzalı
0