Ziyeş Ronaldonun komanda yoldaşı olacaq
21.06.2023 - 11:52
Ziyeş Ronaldonun komanda yoldaşı olacaq

Hakim Ziyeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, mərakeşli yarımmüdafiəçi “Əl-Nəsr”ə keçəcək.

Kriştiano Ronaldonun da şərəfini qoruduğu klub onun keçidi ilə bağlı razılıq əldə edib. “Çelsi” Ziyeşin Asiya təmsilçisinə transferinə razılıq verib.

Qeyd edək ki, Hakimin yeni klubu ilə imzalayacağı müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
 

writer photo
Əlirza Əlirzalı
0