Uzun illərdən sonra Premyer Liqaya qayıdan "Karvan" heyətini daha bir futbolçu ilə gücləndirəcək.
Apasport.az saytına verilən məlumata görə, ötən mövsümə qədər “Araz-Naxçıvan”ın kapitanı olmuş Vadim Abdullayev komanda ilə razılaşma əldə edib.
30 yaşlı futbolçuya fərqli klublardan təklif olsa da, o, “Karvan”a üstünlük verib.
Azərbaycan millisində də 1 oyun keçirmiş Abdullayev Yevlax təmsilçisindən gələn 1 illik müqavilə təklifini qəbul edib. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Xatırladaq ki, Vadim Abdullayev daha əvvəl “Bakı”, “Simurq”, “Qəbələ”, “Sumqayıt”, “Şüvəlan” və “Sabah” kimi klubların formasını geyinib.
Qeyd edək ki, "Karvan" bundan əvvəl Süleyman Əhmədov və Samir Abdullayevin keçidini açıqlamışdı.
- "Fənər" Mourinyonu göndərdi - RƏSMİ
- Everesti fəth edən ilk qadın alpinist: “Heç yerdə belə münasibət görməmişəm”
- Konor Makqreqor döyüşə bilməyəcək - diskvalifikasiya edilib
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- İdmançılarımız İtaliyada keçirilən turnirdə 16 medal qazanıblar