"Neftçi" 2025/26 mövsümündə geyinəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.
Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb.
Qeyd edək ki, formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal - 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir.
- “Barselona”nın sabiq prezidenti təzminat alacaq – 232 min avro
- Okan Buruk və Kerem Aktürkoğlu arasında gərginlik: Bir-birilərini izləməyi dayandırdılar
- “Fənər” mövsümü əzmkar qələbə ilə başa vurdu
- "Milan" italiyalı qolkiperi heyətinə qatıb - RƏSMİ
- Braziliya millisində bir ilk – əcnəbi baş məşqçi rəhbərlik edə bilər