Nigeriya millisinin üzvü “Karvan”da - RƏSMİ
18.07.2025 - 09:55
Nigeriya millisinin üzvü “Karvan”da - RƏSMİ

Premyer Liqaya vəsiqə qazanan "Karvan" növbəti transferini gerçəkləşdirib.

Apasport.az xəbər verir ki, komanda nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Tompsonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Oyunçu son olaraq ölkəsinin “Sportinq Laqos” klubunda forma geyinib.

Qeyd edək ki, Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müəssər olub.