Niderland millisinin üzvü “Tottenhem”də - RƏSMİ
29.08.2025 - 21:08
"Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Leypsiq" forması geyinən Xavi Simonsu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 22 yaşlı vingerlə 5+2 illik müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək.
Xavi yeni komandasında 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Niderland millisinin üzvü ötən mövsüm Bundesliqa klubunun heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 8 assistlə yadda qalıb.
- “Zirə”nin futbolçuları zədələndi: 5-6 həftə olmayacaqlar
- Premyer Liqa klubunun yeni baş məşqçisi məlum olub
- Yüksel Yıldırım: “Panatinaikos”a meydanı dar edəcəyik”
- "Nyukasl" Norveçli forvardı istəyir - 50 milyon avronu gözdən çıxarıb
- Güləş üzrə Avropa çempionu: "Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam"
0
0