Yaponiya millisinin üzvü "Tottenhem"də - RƏSMİ
08.07.2025 - 12:12
"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Yaponiyanın "Kavasaki" klubunda çıxış edən Kota Takaini transfer edib.
Bu barədə londonluların mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yaponiya millisinin üzvü olan Takai "Kavasaki" klubunun yetirməsidir. O, bu komandanın heyətində meydana çıxdığı 81 rəsmi oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça”nı qəbul edib - FOTO
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- “Qalatasaray” illik 15 milyon avro təklif etdi - GECƏ İSTANBULA GƏLƏCƏK
- Messi 400-ə çatdı - “İnter Mayami” 1/4 finalda
- "İnter"in forvardı "Olimpiakos"da - RƏSMİ
0
0