"Qəbələ" "Kəpəz"ə qarşı - YENİLƏNİR
21.07.2025 - 17:57

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama matçına çıxacaq.
Apasport.az xəbər verir ki, komanda "Kəpəz"lə üz-üzə gələcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyunu çərçivəsində "Şamaxı"nı 2:1 hesabı ilə məğlub etmişdi.
0
0