Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
30.01.2026 - 02:13
Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib

UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu yəni, VIII turunun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, son matçların ardından yekun turnir cədvəli müəyyənləşib.

Yeni formata əsasən, ilk səkkizlik bu cürdür:

 "Lion" (Fransa), “Aston Villa” (İngiltərə), "Midtyullann" (Danimarka), “Portu” (Portuqaliya), “Real Betis” (İspaniya), “Braqa” (Portuqaliya), “Frayburq” (Almaniya), “Roma” (İtaliya).

İlk səkkizlikdən əlavə pley-off mərhələsinə adını yazdıran komandalar isə bunlar olub: 

“Genk” (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferentsvaroş" (Macarıstan), "Nottingem Forest" (İngiltərə), "Viktoriya" (Plzen, Çexiya), "Srvena Zvezda" (Serbiya), "Selta" (İspaniya), PAOK (Yunanıstan), "Lill" (Fransa), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Seltik" (Şotlandiya), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Brann" (Norveç).