"Fənər"in Çempionlar Liqasındakı rəqibi bəlli olub
                    
                    21.07.2025 - 14:15
                        
                    
                    Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
"Fənərbaxça"nın bu mərhələdəki rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi Niderlandın "Feyenoord" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
                                
                                0
                                
                                0