“Barsa”dan ayrıldı - yeni klubu bəlli oldu
15.07.2025 - 10:28
"Barselona"nın futbolçusu Pablo Torre karyerasını “Malyorka”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi 22 yaşlı yarımmüdafiəçini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı oyunçu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Barselona” futbolçunu geri alma hüququnu özündə saxlayır. Əgər Pablo Torre gələcəkdə başqa bir kluba transfer olunarsa, katalon klubu satışdan müəyyən faiz əldə edəcək.
- Fərid Fərhadzadə: “IRONMAN 70.3 BAKU” əsl idman bayramına çevriləcək”
- "Liverpul"dan İsak bombası - 120 milyon təklif etdi
- “Qarabağ”ın ÇL heyətində dəyişiklik: İSPANİYALI SİYAHIYA SALINDI
- Birinci Liqa: "Bakı Sportinq"dən qələbə, MOİK autsayderlə bacarmadı
- ÇL: “Qarabağ” pley-off mərhələsində - YENİLƏNİB
0
0