“Qəbələ”nin futbolçusu dünya çempionatında fərqlənib
03.10.2025 - 14:02

Çilidə 20 yaşadək futbolçular arasında Dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib.
Komanda Səudiyyə Ərəbistanı yığmasını 3:2 hesabı ilə qməğlub etməyi bacarıb. Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcək.
0
0