Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) - “Qarabağ” matçının (6:0) ardından "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Buna baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.
- ABŞ millisinin üzvü “Atletiko”da - RƏSMİ
- "Mançester Siti" sabiq yetirməsini geri qaytarır
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”