III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan gimnastı Maqsud Mahsudov (60.19 xal) oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.
Belaruslu İvan Litvinoviç (57.06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47.24) isə bürünc medal qazanıb.
Qeyd edək ki, belaruslu İvan Litvinoviç ikiqat Olimpiya çempionudur.
Bundan başqa, gimnastımız Selcan Mahsudova (56.040 xal) qızların fərdi yarışında bürünc medal qazanıb. Belaruslu Lana Lebedeva (57.710 xal) birinci, rusiyalı Anjela Bladçeva (57.660 xal) isə ikinci olub.
- Braziliyalı hücumçu “Karvan”da - RƏSMİ
- "Qarabağ" ÇL-da uduzsa? - Potensial rəqiblər bəlli oldu - YENİLƏNİB
- Okan Buruk: “İki futbolçumuzun ayağı sına bilərdi”
- Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
- "Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO