XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün komandamızın daha iki üzvü dayanq üzərinə çıxıb.
Təəssüf ki, hər iki idmançımız mübarizəni erkən dayandırıb. Komandamızın xanım bayraqdarı Humay Dadaşova (49 kq) 1/32 finalda xorvatiyalı Dora Radikə məğlub olub.
Digər idmançımız Xuraman Cavadzadə (44 kq) isə Vircinia Lampisə (İtaliya) uduzaraq festivaldakı çıxışı yekunlaşdırıb.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan digər idmançımız Mehdi Budaqlı (48 kq) isə 1/6 finalda ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
- “Konyaspor” “Göztəpə” səfərindən bir xalla qayıdır
- Rauf Əliyev: "Cica "Qarabağ"da rəqabətdə uduzdu"
- AL: "Fənərbaxça" “Ferentsvaroş”la bacarmadı, “Lion”dan darmadağın - YENİLƏNİB
- Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib - FOTO
- Serdal Adalı: "Sanço üçün əlimizdən gələni edəcəyik"