"Ayaks"dan ayrıldı - Premyer Liqaya qayıdır
11.07.2025 - 12:36
“Ayaks”dan ayrılan Cordan Hendersonun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü karyerasını vətənində davam etdirəcək.
35 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçilərindən “Brentford”la razılığa gəlib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, Henderson yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Cordan karyerası ərzində “Koventri”, “Liverpul”, “Sanderlend” və “Əl-İttifaq” klublarının formasını geyinib.
- “Atletik” - “Qarabağ” matçını bu hakim idarə edəcək
- KL: “Beşiktaş” və “Başakşəhər” avrokuboklarla vidalaşdı - YENİLƏNİB
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Sabiq “Milan”lı İspaniya klubundan ayrılacaq
- Almaniya millisinin üzvü addım-addım “Qalatasaray”a
0
0