İngiltərə Premyer Liqasında IX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün 5 qarşılaşma baş tutub.
Lider “Arsenal” öz meydanında “Kristal Pelas”ı sınağa çəkib. Gərgin keçən oyunun taleyini bir qol həll edib: qonaqların keçmiş hücumçusu Ebereçi Eze 39-cu dəqiqədə vurduğu qolla “topçular”a 1:0 hesabı ilə qalib gəlməyə imkan verib.
Turun digər qarşılaşmasında isə “Mançester Siti” səfərdə “Aston Villa”ya 0:1 hesabı ilə məğlub olub.
İngiltərə Premyer Liqası
IX tur
18:00. "Arsenal" - "Kristal Pelas" - 1:0
18:00. "Aston Villa" - "Mançester Siti" - 1:0
18:00. "Bornmut" - "Nottingem Forest" - 2:0
18:00. "Vulverhempton" - "Börnli" - 2:3
20:30. "Everton" - "Tottenhem" - 0:3