“Barselona” Almaniya millisinin üzvü ilə maraqlanır
15.11.2025 - 23:25
“Borussiya Dortmund”un üzvü Niko Şlotterbek karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə “Barselona” maraqlanır.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Kataloniya klubu Almaniya millisinin üzvü üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Şlotterbek bu mövsüm “Borussiya”nın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin Bundesliqa klubu ilə müqaviləsi 2027-ci ildə başa çatır.
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- Rahid Əmirquliyev: “Qarabağ” istədiyi nəticəni əldə edəcək”
- “Qarabağ” ilk transferini reallaşdırdı - EKSKLÜZİV
- “Bornmut”un futbolçusu Premyer Liqada klubunu dəyişəcək
- Ostervolde qərarını verdi - "Fənər"lə müqavilə yenilədi
0
0