“Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
21.10.2025 - 18:46
“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin gələcəyi ilə bağlı qərar verilib.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisi belçikalı mütəxəssislə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı çalışdırıcı ilə yeni, 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin yayında “Bavariya”nın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionu olub.
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"
- Premyer Liqa klubu portuqaliyalı mütəxəssislə yollarını ayırıb
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- "Arsenal" - PSJ matçı bu kanallarda
- Bonifeys Bundesliqada klubunu dəyişib
0
0