“Bavariya”nın futbolçusu “Yunayted”in radarında
27.10.2025 - 21:17
“Bavariya”ın gənc üzvü Aleksandar Pavloviç karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” futbolçu ilə yaxından maraqlanır.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen klubu 21 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Pavloviçin "Bavariya" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Vladimir Miçoviç: "Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim" - MÜSAHİBƏ
- Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"
- "Siti" onu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
- Elmar Baxşıyev: “Komanda olaraq zəif oynadıq”
0
0