“Eyüpspor”un qapıçısı Berke Özer “Lill”ə transfer olmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, hər iki klub qolkiper barəsində razılığa gəlib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, “Fənərbaxça” oyunçunun gələcək satışından əldə edəcəyi payın 40 faizindən imtina edib. “Sarı-lacivərdlilər” bunun müqabilində futbolçunun Fransa təmsilçisinə transferində növbəti satışdan 20 faiz pay maddəsi əlavə etdirib.
Buna görə, əgər “Lill” qapıçını gələcəkdə satarsa, İstanbul klubu bu satışdan 20 faiz pay əldə edəcək.
Qeyd edək ki, Berke Özer 2018–2022-ci illərdə “Fənərbaxça”nın şərəfini qorumuşdu.
- "Səbail" kapitanı ilə müqavilə yeniləyib - RƏSMİ
- “Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
- Tahir Gözəl: “Qarabağ” millinin uğurları üçün real iş görməlidir” – MÜSAHİBƏ®
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
- “Konyaspor” “Göztəpə” səfərindən bir xalla qayıdır