“Milan”ın müdafiəçisi “Əl-Nəsr” yolunda
01.06.2025 - 17:52
“Milan”ın müdafiəçisi “Əl-Nəsr” yolunda

İtaliya A Seriyası təmsilçilərindən "Milan"da çıxış edən Teo Hernandez karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Əl-Nəsr" müdafiəçi ilə yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuat məlumat yayıb.

İddialara görə, komanda 27 yaşlı futbolçu üçün rossonyerilərə 18 milyon avro təklif edib.

Xatırladaq ki, "Milan" Teonu 2019-cu ildə "Real Madrid"dən 22,8 milyon avroya heyətinə qatmışdı.

Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində iştirak etdiyi 49 rəsmi matçda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.