“Bornmut”un futbolçusu Premyer Liqada klubunu dəyişəcək
24.12.2025 - 01:43
“Bornmut”un futbolçusu Antuan Semenyo Premyer Liqada klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, 25 yaşlı vinger “Mançester Siti”yə transfer olunacaq.
Bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, artıq hər iki klub arasında razılaşma əldə olunub.
Qeyd edək ki, Semenyo bu mövsüm “Bornmut”la Premyer Liqada 16 oyunda iştirak edərək 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Portuqaliyalı qolkiper "Karvan"da
- Elvin Camalov: “Qarabağ”a qalib gəlmək üçün hər şeyi edəcəyik”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Prezident "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
0
0