“Çelsi”nin futbolçusunun evinə oğrular girib
11.11.2025 - 22:36
"Çelsi"nin futbolçusu Rahim Sterlinq xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az xəbər verir ki, ingiltərəli vingerin evinə oğrular girib.
Hadisə zamanı 30 yaşlı futbolçu övladları ilə birgə evdə olub. Xoşbəxtlikdən onlara heç bir zərər dəyməyib.
Yerli polis faktla bağlı araşdırmalar aparır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Sterlinq 2022-ci ildən "Çelsi"nin şərəfini qoruyur.
- Tahir Gözəl: “Qarabağ” millinin uğurları üçün real iş görməlidir” – MÜSAHİBƏ®
- “Qarabağ”ın U-19 komandası İtaliyada məğlub oldu
- Millimiz AÇ-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB
- Ceyhun Sultanov: "Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi"
- Debütant ev oyunlarını Şamaxıda keçirəcək
0
0