Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının üçüncü gününü medalsız başa vurublar.
Apasport.az xəbər verir ki, Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Atxan Biçoyevi (IJF) məğlub etsə də, 1/8 finalda Veliko Varniçiçə (Serbiya) uduzub.
Səmayə Yusifli (57 kq) isə 1/16 finalda Nonoka Yamakavaya (Yaponiya) məğlub olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
- Portuqaliya millisinin üzvü İspaniya klubunu tərk edib
- Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb
- “Qarabağ”ın ÇL heyətində dəyişiklik: İSPANİYALI SİYAHIYA SALINDI
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Cavid Hüseynov: “Əvvəlki turlarda qollar vurmuşuq”