Rəcəb Tayyib Ərdoğan "Qalatasaray"ı qəbul edib - FOTO
29.05.2025 - 18:03
Rəcəb Tayyib Ərdoğan "Qalatasaray"ı qəbul edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Super Liqa çempionu “Qalatasaray”ı qəbul edib.

Apasport.az xəbər verir ki, dövlət başçısı “sarı-qırmızılılar”ın futbolçularını və texniki heyətini Dolmabaxça İş Ofisində qəbul edib.

Görüşdə İstanbul klubunun prezidenti Dursun Özbek və baş məşqçi Okan Buruk da iştirak ediblər.

Qeyd edək ki, görüş zamanı xatirə şəkilləri çəkilib.