Corc Veahın oğlu "Marsel"də - RƏSMİ
07.08.2025 - 12:53
Keçmiş “Qızıl top” qalibi Corc Veahın oğlu Timoti Vea karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, müqavilə ilə "Yuventus"a məxsus olan 25 yaşlı futbolçu Fransanın "Marsel"ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, ABŞ millisinin üzvü olan vinger bir illik icarə əsasında "Marsel"in heyətində çıxış edəcək.
Qeyd edək ki, Timoti Vea 2023-cü ildə "Lill" klubundan "Yuventus"a 14 milyon avro qarşılığında transfer olunmuşdu.
- Qarnaço: “Qarabağ”la oyunda qələbəyə layiq idik”
- Super Liqada yaxa kamerasından istifadəyə start verilib
- “Fənər”in futbolçusu “Zenit”ə transfer ola bilər
- Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
0
0