Bu gün Misli Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, stadion problemi yaşayan bir neçə komandanın ev oyunlarını harada keçirəcəyi də artıq dəqiqləşib.
Yevlax şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri ilə əlaqədar “Karvan” klubu müvəqqəti olaraq rəqiblərini Şamaxıda qəbul edəcək.
Eyni səbəbdən “Turan Tovuz” da öz meydanından kənarda qalacaq. Qərb təmsilçisi ev oyunlarını “Azersun Arena”da keçirəcək.
“Kəpəz” klubu da bir müddət Gəncə şəhər stadionunda çıxış edə bilməyəcək. “Sarı-göylər” qarşılaşmalarını Qəbələ şəhər stadionunda oynayacaq.
Premyer Liqanın debütantı olan “İmişli” isə 2025/2026 mövsümündə ev oyunlarını Quba şəhərində təşkil edəcək.
- Qurban Qurbanov: "İlk matçdakı nəticə bizim üstün olduğumuzu göstərir"
- Raul “Real”ı tərk etdi - RƏSMİ
- Messi oynadı, “İnter Mayami” finalda məğlub oldu - VİDEO
- Ya 1:1, ya da 4:0 - Türk klubundan maraqlı statistika
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib