Fransalı yarımmüdafiəçi “Əl-Əhli”də - RƏSMİ
07.09.2025 - 12:07
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Reyms" forması geyinən Valentin Atanqananı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 20 yaşlı fransalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. "Əl-Əhli" bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
Qeyd edək ki, Valentin Atanqana “Reyms” klubunun yetirməsidir.
- Okan Buruk və Kerem Aktürkoğlu arasında gərginlik: Bir-birilərini izləməyi dayandırdılar
- "Neftçi" bu oyunla hər şeyi həll edə bilər" - Arif Əsədov
- Bahadur Həziyev: “Təmiz penaltimiz verilmədi”
- “Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ
- "Araz-Naxçıvan"ın oyunçusu: "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik"
0
0