İmmobile "Beşiktaş"ı tərk etdi
02.07.2025 - 16:49
Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Ciro İmmobile komandanı tərk edib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 35 yaşlı forvardın müqaviləsinə xitam verilib. "Qara qartallar" oyunçuya 2,6 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü ötən ilin yayında "Beşiktaş"a transfer olmuşdu.
- “Atalanta”nın yeni baş məşqçisi bəlli olub
- Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq”
- Avropa Liqası: "Reyncers" - "Fənərbaxça" matçının hakimi müəyyənləşdi
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub - VİDEO
- Bəhlul Mustafazadə: “İşimiz hələ bitməyib”
0
0