“Napoli”nin futbolçusu zədələndi
12.02.2025 - 18:23
İtaliya A Seriyası təmsilçilərindən “Napoli” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın əsas üzvü David Neres sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
David Neresin bərpa prosesi nə qədər çəkəcək?
Bildirilib ki, 27 yaşlı vinger 1 ay Neapol təmsilçisinə kömək edə bilməyəcək.
David Neresin Napoli karyerası
Braziliya millisinin üzvü yeni komandası ilə keçirdiyi 24 rəsmi qarşılaşmada 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Neres ötən il 28 milyon avro qarşılığında “Benfika”dan “Napoli”yə transfer olunmuşdu.
- DÇ-2026: Türkiyə pley-offda, Rumıniya və Uelsdən darmadağın - YENİLƏNİB
- Messidən yeni rekord - "İnter Mayami" 3 xala sevindi
- Taekvondoçumuz erməni rəqibini məğlub etdi - növbəti mərhələyə yüksəldi
- Samir Abasov: "Səni istəməyənlər, "Neftçi"ni istəməyənlər..."
- "Fənər"in maraqlandığı futbolçu Premyer Liqada - RƏSMİ
0
0