İngiltərə millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ
27.06.2025 - 11:22
İngiltərə Premyer Liqası komandalarından "Arsenal" futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, London təmsilçisi Maylz Lyuis-Skellinin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azər Həşimov: "Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq"
- “Şelburn” - “Qarabağ” matçının hakimləri bəlli olub
- "Fənər" Kerem üçün "Benfika" ilə razılaşdı - YENİLƏNİB
- “Real” səfər formasını ictimaiyyətə təqdim edib - FOTO
- "Fənərbaxça", "Beşiktaş və "Qalatasaray"ın Avropadan qazandığı gəlir açıqlandı
0
0