İtaliya millisinin üzvü A Seriyasına qayıdıb - RƏSMİ
16.01.2026 - 00:52
"Atletiko Madrid"inn hücumçusu Cakomo Raspadori A Seriyasında çıxış edəcək.
Apasport.az xəbər verir ki, "Atalanta" italiyalı forvardın keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Berqamo təmsilçisi 25 yaşlı oyunçu üçün qarşı tərəfə 22 milyon avro ödəyib.
Qeyd edək ki, "Atletiko" Cakomo Raspadorini mövsümün əvvəlində "Napoli"dən 22 milyon avroya transfer etmişdi. İtaliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ayxan Abbasovu millidə o əvəzləyəcək - RƏSMİ
- Branimir Subaşiç: "Azarkeşlərin buna ehtiyacı var"
- Güləş üzrə Avropa çempionu: "Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam"
- "Fənər" Livakoviçin əvəzedicisini tapdı - 7 milyon avro gözdən çıxarıldı
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
0
0