Daha əvvəl xəbər verdiyimiz kimi, "Liverpul"un ulduz futbolçusu Dioqo Jota avtomobil qəzasında vəfat edib.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçunun yığma komandadan yoldaşı Kriştianu Ronaldo bununla bağlı rəsmi sosial media hesabından paylaşım edib.
40 yaşlı superulduz bu hadisəyə inana bilmədiyini bildirib: "Buna inana bilmirəm. Yenicə millidə birlikdəydik. Sənin ailənə, həyat yoldaşına və uşaqlarına başsağlığı verir, onlara səbir arzulayıram. Bilirəm ki, sən həmişə onların yanında olacaqsan. Diogo və André, Allah rəhmət eləsin. Hamımız sizin üçün darıxacağıq".

Qeyd edək ki, faciəvi hadisə İspaniyanın qərbində, A-52 magistralında baş verib.
- DÇ-2026: Almaniyadan darmadağın, İslandiya - Ukrayna matçında 8 qol - YENİLƏNİB
- III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB
- Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı klubundan ayrılacaq
- Samir Abasov: “Neftçi”yə irad tutulan ruhu geri qaytarmışıq”
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB