Leao Premyer Liqa yolunda
05.03.2025 - 18:10
İngiltərə Premyer Liqası komandalarından “Çelsi” yayda heyətini gücləndirməyi planlaşdırır.
Rafael Leao “Milan”dan ayrılır?
Apasport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” “Milan”nın ulduz vingeri Rafael Leao ilə yaxından maraqlanır.
Mənbənin məlumatına görə, komanda portuqaliyalı futbolçu üçün 100 milyon avronu gözdən çıxarıb.
A Seriyası təmsilçisi də oyunçunu satmağa müsbət yanaşır.
Rafael Leaonun bu mövsümkü statistikası
Qeyd edək ki, Leao bu mövsüm “Milan”ın heyətində iştirak etdiyi 38 rəsmi matçda 10 qol, 8 assistlə yadda qalıb. 25 yaşlı oyunçunun komandası ilə müqaviləsi 2028-ci ilə qədərdir.
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- “Şaxtyor”un futbolçusu Premyer Liqaya doğru - “Neftçi”nin maraq dairəsində
- Ramin Quliyev: "Sanki komanda olaraq “Levski”dən çəkindilər"
- Premyer Liqanın açılış matçını idarə edəcək hakim müəyyənləşib
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
0
0