Livakoviç sabiq klubuna qayıda bilər
12.12.2025 - 02:20
Müqavilə ilə “Fənərbaxça”ya məxsus olan və icarə əsasında “Jirona”da çıxış edən Dominik Livakoviç yenidən ölkəsinə qayıda bilər.
Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiperlə onun sabiq klubu Zaqreb “Dinamo”su ciddi şəkildə maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, Xorvatiya təmsilçisi artıq qapıçı ilə bağlı ilkin danışıqlara start verib.
Qeyd edək ki, “Fənərbəxçə” Livakoviçi 2023-cü ildə “Dinamo”dan 6,65 milyon avroya transfer etmişdi.
- “Kopenhagen”in baş məşqçisi: “Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik”
- KL: “Beşiktaş” və “Başakşəhər” avrokuboklarla vidalaşdı - YENİLƏNİB
- Aktürkoğlu dubl etdi, “Fənər” AL-də ilk qələbəsini qazandı - YENİLƏNİB
- Türkiyəli yarımmüdafiəçi daha 3 il "Beşiktaş"da - RƏSMİ
- Azərbaycanlı hakim karyerasını başa vurub - FOTO
0
0