Məşhur baş məşqçinin evi qarət olunub
24.09.2025 - 20:46
Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martinezin evi qarət edilib.
Apasport.az xəbər verir ki, oğrular evə mətbəxdən daxil olaraq, mütəxəssisin 800 min avro dəyərindəki saat kolleksiyasını oğurlayıblar.
Hadisə baş verən vaxt 52 yaşlı ispaniyalı məşqçi evdə olmayıb.
Qeyd edək ki, Roberto Martinez 2023-cü ilin yanvarından Portuqaliya millisinin baş məşqçisi kimi fəaliyyət göstərir.
- "Əl-Hilal"dan Hakana şok təklif – İllik 20 milyon avro!
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
- Kaxaber Tsxadadze: “Bəzi futbolçuları U-19 komandasına göndərəcəm”
0
0