Niderlandlı hücumçu butslarını mismardan asdı
26.09.2025 - 16:58
Daha bir məşhur futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, Bas Dost peşəkar futbolçu karyerasını bitirib.
36 yaşlı hücumçu bu barədə şəxsi sosial şəbəkə hesabında açıqlama yayıb.
Niderland millisinin sabiq üzvünün son klubu “NEK Neymeqen” olub.
Qeyd edək ki, Bas Dost futbolçu karyerasına “Emmen”in yetirməsi kimi başlayıb. Təcrübəli forvard indiyədək “Herakles”, “Herenven”, “Volfsburq”, “Sportinq”, “Ayntraxt”, “Brügge” və “Utrext”in heyətində də çıxış edib.
- "Qarabağ" ÇL-da uduzsa? - Potensial rəqiblər bəlli oldu - YENİLƏNİB
- Rəşad Rəsullu: “Hədəfimiz Bakıda tarixə düşəcək dünya çempionatı keçirməkdir”
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- "Qarabağ" tarix yazdı - Pley-offdayıq! - YENİLƏNİB
- Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal
0
0