Niko Paz “Real”a geri qayıdır
26.12.2025 - 00:26
Müqavilə ilə “Real Madrid”ə məxsus olan və icarə əsasında “Komo”da çıxış edən Niko Pazın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, “kral klubu” yarımmüdafiəçini geri qaytarmaq qərarına gəlib.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Bildirilib ki, La Liqa təmsilçisi futbolçunun transferi üçün İtaliya klubuna 9 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Paz bu mövsüm “Komo”nun heyətində keçirdiyi 16 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
- “Qəbələ”nin futbolçusu dünya çempionatında fərqlənib
- AFFA-nın illik xərci bəlli oldu - 49 milyon manat
- “Qəbələ”nin futbolçusu: ‘Qarabağ’ın ÇL-dəki qələbəsi məni ruhlandırdı”
- "Tottenhem" "Real"ın futbolçusu üçün 85 milyonu gözdən çıxarıb
0
0