Premyer Liqa klubundan 64 milyonluq transfer - RƏSMİ
12.07.2025 - 10:13
Premyer Liqa klubundan 64 milyonluq transfer - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Nottingem Forest"in üzvü Antoni Elanqanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Nyukasl" 23 yaşlı vinger üçün qarşı tərəfə 61,4 milyon avro ödəyəcək. 

Qeyd edək ki, "Nottingem Forest" İsveç millisinin üzvünü 2023-cü ildə "Mançester Yunayted"dən 16 milyon avro qarşılığında transfer etmişdi.