Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO
19.09.2025 - 18:06
Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ  - VİDEO

Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.

Apasport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.

1/4 finalda isə o, Olimpiya çempionu, dördqat dünya və yeddiqat Avropa çempionu, erməni güləşçi Artur Aleksanyanla qarşılaşıb və rəqibini "tuşla" məğlub edib.

Bu qələbə Azərbaycan güləşçilərinin Aleksanyan üzərində qazandığı ilk tarixi zəfər kimi yadda qalıb.