"Qalatasaray"da Avropa matçı öncəsi 6 İTKİ
12.02.2025 - 16:45
“Qalatasaray” UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə “Alkmaar”la görüşə ciddi itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, komandanın 6 futbolçusu bu matçda iştirak edə bilməyəcək.
Mauro İkardi, Yunus Akgün və İsmail Yakobs zədə səbəbindən sabahkı görüşdə meydana çıxa bilməyəcəklər.
Davinson Sançez, Viktor Osimhen və Lukas Toreyra isə sarı vərəqə limitini doldurduqları üçün ilk matçı buraxmaq məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, “Alkmaar” – “Qalatasaray” matçı fevralın 13-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- Super Liqa: Autsayder mövsümdə ilk qələbəsini qazanıb
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- "Başakşəhər"də Çağdaş Atan dövrü sona çatdı - Yeni namizəd bəllidir
- Taliska “Fənərbaxça” tarixinə düşüb
- Saşa Yunisoğlu: “Qarabağ” “Şkendiya”ya qarşı çox əziyyət çəkməyəcək"
0
0