Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ
24.06.2025 - 21:50
Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni komandası müəyyənləşib.
Apasport.az xəbər verir ki, forvard Almaniya II Bundesliqa komandası "Kayzerslautern"lə razılaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 27 yaşlı hücumçu ilə üç illik müqavilə imzalanıb.
Mahir yeni komandasında 10 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Emreli son olaraq "Nürnberq"də çıxış edib.
- Miro Varvodiç: "Vaxtilə rəqiblər "Hayduk"dan çəkinirdilər"
- Beyl futbola geri qayıdır – bu dəfə klub sahibi kimi!
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
- “Araz-Naxçıvan” “Alanyaspor”la heç-heçə edib - YENİLƏNİB
- "Araz-Naxçıvan" "Konyaspor"la qarşılaşacaq
0
0