İspaniya La Liqası komandalarından “Real Madrid” yayda heyətini gücləndirmək istəyir.
Real Madrid müdafiə xətti gücləndirir
Apasport.az “AS” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” “Kristal Pelas”da çıxış edən müdafiəçi Adam Varton ilə yaxından maraqlanır.
“Kristal Pelas” Adam Vartonu satmağa razıdırmı?
Mənbənin məlumatına görə, Premyer Liqa təmsilçisi oyunçunu satmağa razıdır və futbolçu üçün 84 milyon avro tələb edir.
Xatırladaq ki, 21 yaşlı ingiltərəli “Kristal Pelas”a ötən il “Bləkbörn”dən 21 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, müdafiəçi bu mövsüm komandasının heyətində iştirak etdiyi 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkəmiz Niderland və Belçikada 22 taekvondoçu ilə təmsil olunacaq
- “Fənər”in prezidenti Bakıda - “Qarabağ”ı ziyarət etdi - FOTO
- Ramil Şeydayev yenidən “Qarabağ”da - RƏSMİ
- Qurban Qurbanov: “Çelsi"nin oyun sisteminə uyğunlaşmalıyıq“
- Fonseka ciddi cəza ilə qarşı-qarşıya: 7 ay futboldan uzaqlaşdırıla bilər