Sabiq "Fənər"li "Amedspor"da - RƏSMİ
11.09.2025 - 12:12
"Fənərbaxça"nın sabiq futbolçusu Hasan Ali Kaldırımın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyə I Liqasında davam etdirəcək.
Sol cinah müdafiəçisi "Amedspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan Hasan son olaraq "Kayserispor"da çıxış edib.
- Okan Buruk: “Ən çətin oyunlarımızdan biri olacaq”
- “Neftçi” Samir Abasovla yollarını ayırıb - RƏSMİ
- Azərbaycanlı idmançı 48 aylıq diskvalifikasiya olunub
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- Kamilo Duran: “Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq”
0
0