İtaliya A Seriyası təmsilçilərindən “Komo”nun üzvü Niko Paz karyerasını “İnter”də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Milan təmsilçisi gənc futbolçunun oyun tərzini bəyənir və mövsümün sonunda transfer etmək fikrindədir.
Yarımmüdafiəçi isə bu keçidə müsbət yanaşmır.
Niko Pazın “Real Madrid” arzusu
20 yaşlı oyunçunun tək xəyalı futbola başladığı “Real Madrid”də çıxış etməkdir.
Xatırladaq ki, Paz mövsümün əvvəlində “kral klubu”nun əvəzedicilər komandasından “Komo”ya 6 milyon avro qarşılığında transfer olunmuşdu.
Niko Pazın A Seriyasının cari mövsümündəki statistikası
Argentina millisinin üzvü bu mövsüm A Seriyasında iştirak etdiyi 23 rəsmi qarşılaşmada 6 qol, 4 assistlə yadda qalıb.
- Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"
- Mert Hakan Yandaşın ayağı kəsilir? - "Fənərbaxça" iddialara cavab verdi
- “Latsio”nun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
- Bakıda ilk dəfə beynəlxalq triatlon yarışı keçiriləcək
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ" qələbəyə layiq idi”