Serbiyalı futbolçu "Fənər"dən ayrılacaq
26.05.2025 - 18:51
Hazırda karyerasını icarə əsasında “Fənərbaxça”da davam etdirən və müqavilə ilə “Yuventus”a məxsus olan Filip Kostiçin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “qoca sinyora”ya qayıdacaq.
Bu barədə Turin təmsilçisinin idman direktoru Kristian Ciuntoli açıqlama verib.
Xatırladaq ki, “Fənər” 32 yaşlı futbolçunu mövsümün əvvəlində A Seriyası klubundan icarəyə götürmüşdü.
Qeyd edək ki, serbiyalı oyunçu “sarı-lacivərdlilər”in heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sabiq "İnter"li Avstriya millisinin tarixinə düşüb
- Leao Premyer Liqa yolunda
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- "Yuventus" türkiyəli futbolçunu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
- Cavid Hüseynov: "Qarabağ" böyük klublara qarşı daha rahat oynamağa başlayıb"
0
0