Yaponiyalı futbolçu "Arsenal"ı tərk edib
04.07.2025 - 15:15

"Arsenal" daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Takehiro Tomiyasu komandadan ayrılıb.
Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 26 yaşlı sağ cinah müdafiəçisinin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, "Arsenal" Tomiyasunu 2021-ci ildə "Bolonya"dan 18,6 milyon avro qarşılığında transfer etmişdi. Yaponiya millisinin üzvü indiyədək "topçular"ın heyətində çıxış etdiyi 84 rəsmi oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0