
AFFA-nın Hesabat Konfransı davam edir.
Apasport.az xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf danışılmış oyunlar barədə fikirlərini söyləyib.
O, belə halların qəbuledilməz olduğunu bildirib:
"Qanunvericiliyə əsasən, danışılmış matçlardan uzaq olmağı tələb edirik. Xahiş etmirik. Bu sahədə danışılmış oyunlardan başqa, futbolçu və futbol ailəsinə yaraşmayan, etikadan kənar olan davranışlar daha sərt şəkildə cəzalandırılacaq. Müxtəlif müzakirələr aparılır. Tətbiq olunan cəzalar daha da sərtləşdiriləcək. İnkişafa nail olmaq istəyiriksə, yalnız danışılmış oyunlar deyil, idman prinsiplərini pozanların və qeyri-etik davranışların qarşısı sərt şəkildə alınacaq".